Treyderlərin addımı bazarda şübhə yaratdı
Qlobal enerji bazarlarında diqqətçəkən ticarət əməliyyatları qeydə alınıb.
Crossmedia.az bu barədə "Financial Times"ə istinadən xəbər verir ki, treyderlər Donald Trampın İranla “məhsuldar danışıqlar” barədə açıqlamasından təxminən 15 dəqiqə əvvəl ümumi dəyəri 580 milyon dollar olan iri həcmli ticarət əməliyyatları həyata keçiriblər.
Bildirilib ki, cəmi bir neçə saniyə ərzində Brent crude oil və WTI crude oil fyuçersləri üzrə təxminən 6200 əməliyyat baş tutub.
Məlumatdan sonra neft qiymətlərində eniş müşahidə olunub.
Mütəxəssislər qeyd edirlər ki, bu əməliyyatlarla sonrakı qiymət düşüşü arasında birbaşa əlaqəni sübut etmək çətin olsa da, əməliyyatların vaxtı bazarda suallar doğurur. Xüsusilə, elandan qısa müddət əvvəl kimin və hansı əsaslarla bu qədər aqressiv satış həyata keçirdiyi diqqət mərkəzindədir.
10:50 24.03.2026
Oxunuş sayı: 50