Gürcüstanda azərbaycandilli məktəblərin fəaliyyəti və təhsil islahatları müzakirə olunub
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evində “Maarif” təşkilatının rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın təşəbbüsü ilə həmin ölkədəki soydaşımız müəllimlərlə görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Görüşdə Gürcüstandakı azərbaycandilli məktəblərin problemləri, tədris keyfiyyətinin artırılması, gürcü və ana dilinin tədrisi, eləcə də “1+4” proqramı və digər təhsil məsələləri müzakirə olunub.
Çıxışçılar azərbaycandilli məktəblərdə həm gürcü, həm də ana dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb, dərs prosesinin müvafiq qurumlar tərəfindən monitorinqin gücləndirilməsinin zəruriliyindən bəhs ediblər.
Sonda azərbaycandilli məktəblərdə ana dili üzrə dərs saatlarının artırılması, eyni zamanda gürcü dilinin tədris keyfiyyətinin yüksəldilməsi ilə bağlı müraciət oxunaraq yekdilliklə qəbul edilib və Gürcüstanın müvafiq dövlət orqanlarına ünvanlanıb.
13:20 18.03.2026
Oxunuş sayı: 27