Moldovada “Novruz xonçası” kampaniyasına start verilib
Moldova Azərbaycanlıları Konqresi həftəlik “Novruz xonçası” adlı yeni layihəyə start verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Layihənin məqsədi Novruzun milli adət-ənənələrini təbliğ etmək və bu dəyərlərin Moldovada yaşayan soydaşlarımız arasında yaşadılmasına töhfə verməkdir.
Kampaniya müddətində martın 16-dan etibarən Moldovada yaşayan 200 azərbaycanlı ailəyə “Novruz xonçası” hədiyyə ediləcək. Novruz bayramının vacib atributlarından sayılan xonçanın bəzədilməsi ənənəsi qədim dövrlərdən bəri mövcuddur və il təhvil olmazdan əvvəl hazırlanır.
16:25 17.03.2026
Oxunuş sayı: 37