Müctəba Xameneyi İranın üçüncü ali lideri seçildi – proses mübahisəli olub
Müctəba Xameneyinin İranın üçüncü Ali Dini Lideri seçilməsi ilə bağlı yeni məlumatlar yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Mənbələr bildirir ki, seçim prosesi “sadə və rahat” keçməyib və ciddi mübahisələrə səbəb olub.
Xameneyi mümkün 88 səsdən yalnız 59-unı əldə edib ki, bu da radikal və mötədil fraksiyalar arasında qızğın müzakirələrə yol açıb. İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və digər mötədil siyasətçilər onun təyinatına qarşı çıxaraq “ölkənin xalqı birləşdirə biləcək bir liderə ehtiyacı var” iddiasını irəli sürüblər.
Lakin Müctəba Xameneyi SEPAH-ın və Əhməd Vəhidi və Hüseyn Taib kimi əsas hərbi liderlərin dəstəyini alaraq mötədillərin maneələrini dəf etməyə nail olub.
Seçim prosesi İranın daxili siyasətində radikal və mötədil qüvvələr arasında gərginliyin davam etdiyini bir daha göstərir.
10:52 17.03.2026
Oxunuş sayı: 46