Donald Tramp İranın Xarq adasına zərbələr barədə danışdı
ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasına edilmiş zərbələrlə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Tramp bildirib ki, ABŞ qüvvələrinin adadakı demək olar ki, bütün infrastrukturunu məhv etdiyi halda, neft boru kəmərləri qəsdən hədəfə alınmayıb.
O, həmçinin xəbərdarlıq edib ki, lazım gələrsə, bu obyektlər “bir əmrlə və bir neçə dəqiqə ərzində” məhv edilə bilər.
Mövzu ilə bağlı İran tərəfindən hələlik rəsmi açıqlama verilməyib. ABŞ-nin bu hərəkəti regional və beynəlxalq səviyyədə diqqət mərkəzindədir.
10:40 17.03.2026
Oxunuş sayı: 50