Trampdan Müctəba Xameneyi barədə iddialar: Sağ olub-olmadığı bilinmir
ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneyi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib. O, açıqlamasında Xameneyinin fiziki vəziyyəti barədə müxtəlif və ziddiyyətli məlumatların yayıldığını qeyd edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, bəzi mənbələr onun ağır yaralandığını, hətta ayağını itirdiyini iddia edir. Digər məlumatlarda isə onun həyatını itirdiyi irəli sürülür. ABŞ prezidenti vurğulayıb ki, bu iddiaların heç biri rəsmi şəkildə təsdiqlənməyib.
“Çoxları onun çox pis vəziyyətdə olduğunu deyir. Bəziləri onun öldüyünü bildirir. Amma heç kim onun tam sağlam olduğunu demir. Biz onu heç vaxt görməmişik və hazırda sağ olub-olmadığını dəqiq bilmirik”, – deyə Donald Tramp qeyd edib.
Məsələ ilə bağlı İran tərəfi tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Ekspertlər bu cür məlumatların əsasən təsdiqlənməmiş mənbələrə söykəndiyini və ehtiyatla qarşılanmalı olduğunu bildirirlər.
09:32 17.03.2026
Oxunuş sayı: 49