KİV: Bin Salman Trampı İrana təzyiqi artırmağa çağırıb
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Trampa İrana qarşı sərt mövqe tutmağı və daha qətiyyətli hücumlar etməyi məsləhət görür.
Crossmedia.az bu barədə "The New York Times" qəzetinə istinadən xəbər verir.
Onların məlumatlarına görə, şahzadənin mövqeyi mahiyyət etibarilə mərhum Səudiyyə kralı Abdullah əl-Səudun Vaşinqtona əvvəllər verdiyi məsləhətləri əks etdirir.
2015-ci ildə vəfat etməzdən əvvəl o, dəfələrlə Amerika hakimiyyətini İrana qarşı qətiyyətli hərəkət etməyə çağırmış və "ilanın başını əzməyin" vacibliyini bildirmişdi.
23:53 16.03.2026
Oxunuş sayı: 42