İranda kütləvi internet kəsintisi davam edir
İranda kütləvi internet kəsintisi davam edir.
Crossmedia.az xəbər verir ki, NetBlocks bildirib ki, ölkə artıq 17 gündür internet bağlantısından məhrumdur.
“İranda internet kəsintisi artıq 17-ci gününə, yəni 384 saata çatıb. Son 24 saat ərzində telekommunikasiya infrastrukturunun ehtiyat tutumunda azalma müşahidə olunub”, – deyə xidmətin X hesabında qeyd olunub.
NetBlocks-un məlumatına görə, ölkədəki internet kəsintisi yalnız istifadəçilərin onlayn fəaliyyətini məhdudlaşdırmır, həm də telekommunikasiya şəbəkələrinin etibarlılığına mənfi təsir göstərir.
23:45 16.03.2026
Oxunuş sayı: 49