General Trampa etiraf etdi: İran tək qayıqla belə neft tankerlərini dayandıra bilər
ABŞ prezidenti Donald Tramp Oval Ofisdə keçirilən görüş zamanı general Keyndən Hörmüz boğazı niyə dərhal yenidən açılmasının mümkün olmadığını soruşub.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
General izah edib ki, boğaza nəzarət etmək olduqca çətindir. Onun sözlərinə görə, İran bu strateji su yolunu bağlamaq üçün böyük hərbi dəniz qüvvələrindən istifadə etməyə ehtiyac duymur.
Keyn bildirib ki, İran kiçik və yüksək mobil qüvvələrlə də gəmiçiliyi ciddi şəkildə poza bilər. Hətta kiçik qayıqda olan tək bir döyüşçü belə dar su yolunda yavaş hərəkət edən iri neft tankerləri üçün təhlükə yarada bilər.
O əlavə edib ki, İranın donanması məhv edilsə belə, ölkənin boğazı bağlamaq imkanları qalacaq. Generalın sözlərinə görə, İranın sualtı pilotsuz qayıqları və torpedoları ABŞ gəmiləri üçün real təhdiddir və onlarla mübarizə aparmaq olduqca çətindir.
17:07 16.03.2026
Oxunuş sayı: 50