SEPAH BƏƏ-də ABŞ aviabazasının silah anbarını məhv edib
Martın 16-sı səhər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri genişmiqyaslı əməliyyat keçirərək BƏƏ-dəki Əl-Dhafra aviabazasında ABŞ hərbçilərinin istifadə etdiyi mərkəzi silah-sursat anbarını məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Fars News" Agentliyi məlumat yayıb.
Hadisə zamanı bazada güclü partlayışlar baş verib və komandanlıq tərəfindən təxliyə əmri verilib. Nəticədə ABŞ Hərbi Hava Qüvvələri döyüş təyyarələrini bazadan çıxararaq regionun daha ucqar obyektlərinə köçürməyə məcbur olub.
Qeyd edilir ki, hücumlar “Saleh vəd 4” əməliyyatının 55-ci dalğası çərçivəsində həyata keçirilib.
15:07 16.03.2026
Oxunuş sayı: 50