KU Leuven Universitetində keçirilən beynəlxalq tədbirdə ölkəmiz təmsil edilib
İrs-Azərbaycan Belçika Tələbə Assosiasiyası Belçikanın KU Leuven Universitetinin Brüssel kampusunda keçirilən “Beynəlxalq gün”də (“International Day”) ölkəmizi təmsil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə qurulan guşədə Azərbaycan haqqında müxtəlif informasiya materialları və ölkəmizin mədəni irsini əks etdirən nümunələr sərgilənib. Tələbələrin ifasında milli rəqslərimiz xüsusi maraqla qarşılanıb.
İrs-Azərbaycan Belçika Tələbə Assosiasiyasının üzvləri Azərbaycan guşəsi ilə maraqlanan tədbir iştirakçılarına multikultural dəyərlərə malik olan ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, turizm potensialı barədə ətraflı məlumat veriblər, sualları cavablandırıblar.
16:20 16.03.2026
Oxunuş sayı: 30