İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdəki hərbi əməliyyatlarda uğursuzluğa düçar olduğunu və müharibəni sona çatdırmaq təşəbbüsünün artıq İranın əlində olduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi açıqlamada bildirilir ki, ABŞ planladığı qısa müddətli qələbəyə nail ola bilmir və strateji üstünlük getdikcə İran tərəfə keçir.
Məlumatın mənbəyi rəsmi Tehran nümayəndələridir və regional analitiklər İranın bu yanaşmasını “strateji üstünlüyün ələ keçirilməsi” kimi qiymətləndirirlər.