Aİ Hörmüz boğazına hərbi gəmilərin göndərilməsini müzakirə edir
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Hörmüz boğazına hərbi gəmilərin göndərilməsi məsələsini müzakirə edirlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, bu addım Qırmızı dənizdə həyata keçirilən Avropa dəniz əməliyyatı olan EUNAVFOR Aspides əməliyyatının mandatında dəyişiklik edilməsini tələb edə bilər.
Bu barədə Kaya Kallas Avropa İttifaqı Xarici İşlər Şurasının iclasına gələrkən jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Aİ ölkələri regionda təhlükəsizlik vəziyyətini və beynəlxalq ticarət marşrutlarının qorunması məsələsini diqqətlə qiymətləndirir. Nazirlər Hörmüz boğazında mümkün dəniz missiyasının həyata keçirilməsi üçün hüquqi və əməliyyat imkanlarını müzakirə edirlər.
11:45 16.03.2026
Oxunuş sayı: 48