ABŞ Prezidenti Donald Tramp administrasiyası bir həftə ərzində Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün ölkələrdən ibarət koalisiyanın yaradıldığını elan etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumata görə, hazırda ticarət gəmilərinin hərbi müşayiətinin Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasından əvvəl, yoxsa sonra başlayacağı ilə bağlı müzakirələr aparılır.
Koalisiyada hansı ölkələrin iştirak edəcəyi hələlik açıqlanmır. Bildirilir ki, yalnız bir neçə dövlətin belə bir koalisiyanın yaradılması barədə ilkin razılığa gəldiyi qeyd olunur.