Pakistan Əfqanıstan sərhədində hərbi əməliyyata başlayıb
Pakistan ordusu Əfqanıstan ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaları zərərsizləşdirmək məqsədilə yeni sərhədyanı hərbi əməliyyata başlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi mənbələrin məlumatına görə, əməliyyatın əsas hədəfi Pakistan ərazisinə hücumlar təşkil edən və sərhəd bölgələrində fəaliyyət göstərən silahlı qrupların məhv edilməsidir.
Bildirilib ki, hərbi əməliyyatlar əsasən Pakistan–Əfqanıstan sərhədinə yaxın dağlıq ərazilərdə aparılır. Pakistan təhlükəsizlik qüvvələri bölgədə sabitliyi təmin etmək və silahlı qruplaşmaların fəaliyyətinin qarşısını almaq məqsədilə tədbirlərin davam etdiriləcəyini qeyd edib.
11:28 16.03.2026
Oxunuş sayı: 41