Le Monde: Trampın müharibəsi ABŞ-ı neft tələsinə salıb
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə gərginlik yaratmaqla enerji qiymətlərinin kəskin artacağını nəzərə almamışdı.
Crossmedia.az bu barədə "Le Monde" nəşrinə istinadən xəbər verir.
Qəzet yazır ki, Tramp regiondakı münaqişənin amerikalıların yanacaqdoldurma məntəqələrində yüksək qiymətlərlə üzləşməsinə səbəb olacağını gözləmirdi.
“Trampın müharibəsi faktiki olaraq ABŞ-ı neft tələsinə salıb”, – qəzet bildirir və qeyd edir ki, enerji bazarındakı bu artım həm iqtisadiyyata, həm də ölkə daxilində ictimai rəyə ciddi təsir göstərə bilər.
11:17 16.03.2026
Oxunuş sayı: 44