ABŞ İranın Xarq adasını ələ keçirməyi nəzərdən keçirir
Donald Tramp administrasiyası İranın əsas neft ixrac məntəqələrindən biri olan Xarq adasını ələ keçirməyi nəzərdən keçirir.
Crossmedia.az bu barədə "Axios" a istinadən xəbər verir.
Məlumata görə, bu addım ABŞ quru qoşunlarının birbaşa İran ərazisinə daxil olmasını tələb edə bilər.
Bildirilir ki, Tramp Xarq adasını birbaşa nəzarətə götürmək ideyasına meyllidir. Onun fikrincə, bu addım İranın neft ixracına ciddi zərbə vuraraq ölkə iqtisadiyyatına sarsıdıcı təsir göstərə bilər.
Xarq adası İranın əsas neft terminalının yerləşdiyi məntəqə hesab olunur və ölkənin neft ixracının böyük hissəsi məhz bu adadan həyata keçirilir.
09:55 16.03.2026
Oxunuş sayı: 53