Yaponiya və Avstraliya Hörmüz boğazı ilə bağlı mövqelərini açıqlayıb
Avstraliya hökuməti Hörmüz boğazı ətrafında artan gərginlik fonunda bu bölgəyə hərbi gəmilər göndərməyəcəyini bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Rəsmi açıqlamada bildirilib ki, hazırda belə bir qərar qəbul olunmayıb və məsələ gündəmdə deyil.
Eyni zamanda, Sanae Takaichi rəhbərlik etdiyi Yaponiya hökuməti də məsələ ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirir. Baş nazir bildirib ki, Yaponiyanın dəniz qüvvələrinin Hörmüz boğazına göndərilməsi ilə bağlı hələ heç bir qərar verilməyib.
Onun sözlərinə görə, Tokio hazırda ölkənin hüquqi çərçivəsi daxilində müstəqil şəkildə hansı addımların atıla biləcəyini araşdırır.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətinin əsas marşrutlarından biri hesab olunur və bölgədəki hərbi-siyasi gərginlik beynəlxalq diqqət mərkəzində qalmaqda davam edir.
09:42 16.03.2026
Oxunuş sayı: 44