Müharibə dövründə Ukraynada qiymətlər 61% artıb
Ukraynada müharibə dövründə qiymətlər ümumilikdə 61 faiz artıb. Bu isə əhalinin real gəlirlərinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Fokus" nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, maaşlar nominal olaraq artsa belə, yüksək inflyasiya bu artımın bir hissəsini faktiki olaraq “udub”. Nəticədə vətəndaşların alıcılıq qabiliyyəti əvvəlki illərlə müqayisədə zəifləyib.
Bildirilir ki, ən böyük bahalaşma elektrik enerjisi, yanacaq, tütün məmulatları və ərzaq məhsullarında qeydə alınıb. Xüsusilə elektrik enerjisi tarifləri demək olar ki, üç dəfə – təxminən 178 faiz artıb.
Eyni zamanda 2026-cı ilin əvvəlində ölkədə orta aylıq əməkhaqqının təxminən 27,9 min qrivna olduğu qeyd edilir. Bu göstəricinin 2025-ci ilin dekabr ayı ilə müqayisədə daha aşağı olması isə qiymət artımının əhali tərəfindən daha kəskin hiss olunmasına səbəb olur.
20:39 15.03.2026
Oxunuş sayı: 50