Çin nadir metalların ABŞ-yə ixracını məhdudlaşdırıb
Çin ABŞ-yə ixrac edilən səkkiz növ nadir metal üzrə məhdudiyyətlər tətbiq edib. Bildirilir ki, son günlər ABŞ şirkətləri Çindən bu xammalın idxalı zamanı müəyyən çətinliklərlə üzləşiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Məlumata əsasən, sözügedən nadir metalların bir çoxu hərbi sənayedə, xüsusilə F‑35 Lightning II qırıcı təyyarəsi, Patriot hava hücumundan müdafiə sistemi, THAAD raketdən müdafiə sistemi və Tomahawk qanadlı raketi kimi silah sistemlərinin istehsalında istifadə olunur.
Nəşr yazır ki, ABŞ-nin hazırda bu metallar üzrə ehtiyatı təxminən iki aylıqdır. Analitiklər hesab edirlər ki, Pekinin bu addımı həm İrana siyasi dəstəyin göstəricisi, həm də ABŞ hərbi sənayesinə təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, bu qərar Çin və ABŞ arasında planlaşdırılan yüksək səviyyəli görüşlər öncəsi Pekinin Vaşinqtona qarşı təzyiq rıçaqlarından biri kimi də dəyərləndirilir.
20:23 15.03.2026
Oxunuş sayı: 64