İranın addımından sonra Britaniya Hörmüz məsələsini müzakirə edir
İranın addımından sonra Britaniya Hörmüz məsələsini müzakirə edir.
Crossmedia.az- ın məlumatına görə bu barədə Britaniyanın energetika naziri Ed Miliband bildirib.
O, ölkəsinin Hörmüz boğazının yenidən açılması üçün hansı addımları ata biləcəyini araşdırdığını qeyd edib.
"Britaniya bu məsələ ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr aparır və gəmiçiliyin bərpası üçün müxtəlif variantlar nəzərdən keçirilir".
Onun sözlərinə görə, boğazın açılması qlobal enerji bazarı üçün çox vacibdir.
Miliband Britaniyanın minaaxtaran gəmilər və ya dronlardan istifadə imkanını da nəzərdən keçirə biləcəyini bildirib, ancaq konkret qərar barədə danışmaqdan çəkinib.
ABŞ prezidenti Donald Tramp isə müttəfiq ölkələri və Hörmüz boğazından neft alan dövlətləri strateji su yolunun təhlükəsizliyini təmin etmək üçün ABŞ ilə əməkdaşlığa çağırıb.
19:15 15.03.2026
Oxunuş sayı: 60