Xarkov vilayətində təcili yardım maşınına dron hücumu: İki tibb işçisi həlak olub
Ukraynanın Xarkov vilayətində Rusiya qüvvələrinin həyata keçirdiyi hücum nəticəsində iki tibb işçisi həyatını itirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, martın 15-də səhər saat 05:00 radələrində Kupyansk rayonunun Krasnaya Volna kəndi yaxınlığında yolda hərəkətdə olan təcili yardım avtomobili FPV tipli dronla hədəfə alınıb. Hücum nəticəsində bir tibb işçisi və bir paramedik həlak olub.
Hadisə zamanı 53 yaşlı digər tibb işçisi müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
15:48 15.03.2026
Oxunuş sayı: 44