Formula 1 Yaxın Şərq qran prilərini LƏĞV ETDİ
Formula 1 rəhbərliyi regiondakı mövcud vəziyyət səbəbindən Bəhreyn və Səudiyyə Ərəbistanı qran prilərinin ləğv olunduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
F1-in prezidenti və baş direktoru Stefano Domenikali bildirib ki, bu qərar çətin olsa da, hazırkı şərtlər nəzərə alınaraq zəruridir.
Rəhbərlik müxtəlif alternativ yarış variantlarını nəzərdən keçirsə də, nəticədə yarışların başqa tarixə dəyişdirilməməsi qərara alınıb.
15:04 15.03.2026
Oxunuş sayı: 48