İsrail soyqırım iddialarını rədd edib
İsrailin Xarici İşlər Nazirliyi BMT-nin Beynəlxalq Məhkəməsinə təqdim etdiyi kontrmemoranduma əsasən, Cənubi Afrikanın Qəzza sektorunda soyqırım iddialarını rədd edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Sənəddə bildirilir ki, məhkəmə bu iş üzrə yurisdiksiyaya malik deyil və iddialar tamamilə rədd edilməlidir. Nazirlik həmçinin bildirib ki, İsrail vətəndaşlarını terror təşkilatlarından qoruyur və mülki əhaliyə zərərin minimuma endirilməsi üçün tədbirlər görür.
11:35 15.03.2026
Oxunuş sayı: 52