Paşinyan sakinin iradına sərt cavab verdi: Başını divara vursun!
Ermənistanın Baş naziri Nikol Paşinyan partiyadaxili təbliğat kampaniyası çərçivəsində Aqarak şəhərində sakinlərlə görüş zamanı əsəbiləşib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı erməni sakinlərdən biri Paşinyanın sinəsinə yapışdırılmış xəritədə Mehrinin görünmədiyini bildirərək buna etiraz edib.
Baş nazir isə irada sərt reaksiya verərək belə deyib: “Əgər Mehri çıxarılıbsa, sən harada dayanırsan? Bəlkə sən də burada deyilsən, xəbərimiz yoxdur? Bəs nə deyirsən ki, Mehri çıxarılıb? Mehrini çıxaran da, buna şübhə edən də başını divara vurub, başa düşdük bir-birimizi? Belə xəbərlər yayanlar da başlarını divara vurublar, oldu?”
23:41 14.03.2026
Oxunuş sayı: 57