Türkiyə İrandan atılan raketlərin yerini və hədəfini müəyyən edib
İran rəsmiləri raketlərin özləri tərəfindən atılmadığını iddia etsələr də, hamısının atıldığı yerlər müəyyən edilib.
Crossmedia.az "Star" qəzetinə istinadən xəbər verir.
İlk raket Tehranın şimal-şərqindən atılıb və İraq–Suriya–Hatay xəttini izləyib.
İkinci raket Tehranın qərbindən atılıb və İraq–Batman–Qaziantep xətti ilə hərəkət edib. Üçüncü raket isə Tehranın şimal-qərbindən – İraq üzərindən gəlib və Osmaniye üzərində məhv edilib.
SEPAH-ın nəzarətində olduğu bölgələrdən gələn bu raketlərin hədəfi NATO-nun İncirlik hərbi bazası olub.
İran eyni zamanda Malatyadakı Kürəcik radarını özü üçün ən böyük təhlükə kimi görür.
23:34 14.03.2026
Oxunuş sayı: 39