Əbu-Dabidə raket görüntülərini paylaşan 45 nəfər saxlanıldı
Əbu-Dabidə raket hücumlarının nəticələrini əks etdirən görüntülər çəkib, sosial şəbəkələrdə paylaşan 45 nəfər saxlanılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Khaleej Times”ın məlumatına görə, polis bildirib ki, saxlanılan şəxslər müxtəlif ölkə vətəndaşlarıdır.
Onlar İranla ABŞ və İsrail arasında davam edən müharibə fonunda raket qalıqlarının düşdüyü yerləri və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini çəkərək sosial mediada yayıblar.
Hüquq-mühafizə orqanları qeyd edib ki, bu cür görüntülərin paylaşılması təhlükəsizlik baxımından risk yaradır və eyni zamanda dezinformasiyanın yayılmasına səbəb ola bilər.
Rəmziyyə Babazadə
15:44 14.03.2026
Oxunuş sayı: 39