Neft zavodunda dəhşətli PARTLAYIŞ BAŞ VERİB
Texasdakı ən böyük neft emalı zavodlarından biri olan "Bayport Choate" neft-kimya zavodunda güclü partlayış baş verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində yanacaq çənləri alovlanıb və yanğınsöndürənlər bir neçə saatdır alovu söndürməyə çalışır.
Partlayışın səbəbi hələ də məlum deyil. Hakimiyyət orqanları müxtəlif ehtimalları nəzərdən keçirir, o cümlədən Meksika və ya Venesueladakı narkotik kartellərinin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mümkün hücumu ehtimalları araşdırılır.
Hadisə Texasda sənaye təhlükəsizliyi və regional təhlükəsizlik məsələlərinə dair narahatlıqlar yaradıb.
15:20 14.03.2026
Oxunuş sayı: 52