Yaxın Şərqdə yeni mərhələ: ABŞ 10 min ağıllı dron göndərdi
ABŞ İranla münaqişə fonunda Yaxın Şərqə süni zəka ilə təchiz edilmiş 10 min dron göndərib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, söhbət düşmən pilotsuz uçuş aparatlarını aşkar etmək və onlara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş xüsusi sistemlərdən gedir.
Məlumata görə, bu dronlar Perennial Autonomy şirkəti tərəfindən hazırlanmış “Merops” sistemləri ilə təchiz olunub. Sistemlər pilotsuz uçuş aparatlarını erkən mərhələdə aşkar etməyə və onlara qarşı tədbirlər görməyə imkan verir.
Telekanalın məlumatına görə, “Merops” sistemləri daha əvvəl 🇺🇦 Ukraynada da tətbiq edilib və döyüş şəraitində istifadə olunub.
15:00 14.03.2026
Oxunuş sayı: 47