Kuba enerji böhranı fonunda ABŞ ilə danışıqlara hazır olduğunu bildirib
Kuba hakimiyyəti ölkədə baş verən ağır enerji böhranı fonunda Vaşinqtonun şərtlərini nəzərdən keçirməyə və ABŞ ilə yaxınlaşmaya getməyə hazır olduğunu bildirib.
Crossmedia.az "Reuters"ə istinad edərək bildirir ki, Kuba öz tarixinin ən böyük enerji böhranını yaşayır. Ölkə üzrə elektrik enerjisinin növbəli şəkildə kəsilməsi tətbiq edilir. Paytaxt Havana şəhərində isə elektrik enerjisi sutka ərzində 12 saata qədər olmaya bilər. Kuba prezidenti Migel Dias-Kanel etiraf edib ki, ölkə artıq təxminən üç aydır ciddi yanacaq çatışmazlığı yaşayır. O, mövcud vəziyyəti kritik kimi qiymətləndirib.
Vaqif Əhmədzadə
14:40 14.03.2026
Oxunuş sayı: 384