“Baykar” yeni “K2” pilotsuz aparatını təqdim edib
Türkiyənin pilotsuz aparat istehsalçısı “Baykar” yeni “K2” baraj edən pilotsuz aparatını təqdim edib. Şirkətin yaydığı videoda aparatın uçuşu və koordinasiyalı manevrləri göstərilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “K2” süni intellekt və kompüter görməsi sistemləri ilə avtonom şəkildə “sürü” tərkibində fəaliyyət göstərə bilir. Onun uçuş məsafəsi 2000 km-dən çoxdur, 200 kq döyüş başlığı daşıyır və maksimal qalxma çəkisi 800 kq təşkil edir.
Aparat qısa və hazırlıqsız zolaqlardan qalxa bilir və dəfələrlə istifadə üçün nəzərdə tutulub.
Rəmziyyə Babazadə
14:29 14.03.2026
Oxunuş sayı: 215