BƏƏ ultimatum verdi – Dubayda bütün işçilər ölkəni tərk etməli olacaq
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubaydakı İran mərkəzlərini bağlamağa və İran konsulluğunun işçi heyətini azaltmağa qərar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Hakimiyyət Dubaydakı İran xəstəxanası, məktəblər və İran Klubunun fəaliyyətini dayandırmaq göstərişi verib. Məlumata görə, İran Klubu martın 15-də fəaliyyətini tam dayandıracaq.
BƏƏ-də fəaliyyət göstərən ən azı beş İran məktəbi bağlanacaq və şagirdlərin digər təhsil müəssisələrinə köçürülməsi təmin olunacaq.
Bundan əlavə, Dubaydakı İran konsulluğunda işçilərin sayı azaldılacaq və konsulluq məhdud sayda yerli işçilərlə fəaliyyətini davam etdirəcək. Bu addım BƏƏ ilə İran arasındakı diplomatik və mədəni münasibətlərdə yeni gərginlik yaradıb.
13:12 14.03.2026
Oxunuş sayı: 43