Pakistan Əfqanıstanın Qəndəhar hava limanı yaxınlığında yerləşən yanacaq anbarına hava zərbəsi endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, zərbə “Kam Air” aviaşirkəti tərəfindən istifadə edilən yanacaq anbarına yönəldilib. Hadisə nəticəsində ciddi dağıntılar olduğu bildirilir.
Taliban isə bu hücumu Əfqanıstanın suverenliyinin pozulması kimi qiymətləndirib və qisas alacağına söz verib. Hadisə regionda gərginliyi artırıb və Pakistan-Əfqanıstan münasibətlərinə mənfi təsir göstərə bilər.