KİV: Putinin İrana dəstəyi ABŞ üçün təhlükə yaradır
Rusiya İrana Yaxın Şərqdə ABŞ və müttəfiq qüvvələrinə qarşı hücumlarda yardım edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Xəbərdə bildirilir ki, Rusiya İranın hücumlarını dəstəkləmək üçün kəşfiyyat və taktiki yardım təmin edir. Məlumatlara əsasən, Amerika və Qərb kəşfiyyat rəsmiləri Rusiyanın İrana dronlardan daha effektiv istifadə etmək üçün peyk görüntüləri və digər məlumatlar verdiyini bildiriblər. Yardımın dəqiq miqyası və tezliyi hələ də mvəlum deyil.
Britaniyanın müdafiə naziri Ben Vallas isə qeyd edir ki, İranın hücum taktikaları Rusiyanın Ukraynada tətbiq etdiyi metodlara bənzəyir.
Mənbənin məlumatına görə,İranın bəzi hücum metodlarının arxasında Putinin gizli əli dayanırsa, bu, təəccüblü deyil”.
12:59 14.03.2026
Oxunuş sayı: 46