ABŞ hərbçiləri hədəfdə – SEPAH vətəndaşlardan məlumat toplamağa çağırır
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsi ərəb ölkələrinin vətəndaşlarını ABŞ hərbçilərinin Yaxın Şərqdəki mövqelərini açıqlamağa çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
SEPAH tərəfindən yayılan bəyanatda bildirilir ki, ərəb vətəndaşları Yaxın Şərqdə yerləşən təxminən 11.000 ABŞ hərbçisinin otellərdə və şəxsi evlərdə harada qaldığı barədə məlumat verməlidirlər.
Bəyanatda qeyd olunur:
“Amerikalılar ərəb qardaşlarımızdan canlı qalxan kimi istifadə etmək istəyirlər. Biz amerikalıları tapıb məhv etməyə məcburuq. Buna görə də onları otellərdə gizlətməmək və gizləndikləri yerlərdən uzaq durmaq daha yaxşıdır. Sizin İslami vəzifəniz bu amerikalı terrorçuların gizləndiyi yerləri dəqiq şəkildə bildirmək və məlumatları bizə göndərməkdir.”
Məlumatda SEPAH-ın ABŞ hərbçilərinə qarşı kəskin mövqeyi vurğulanır və ərəb vətəndaşlarının bu çağırışa əməl etməsi tövsiyə edilir.
12:09 14.03.2026
Oxunuş sayı: 695