İran ABŞ Pentaqon rəhbərinin açıqlamasına sərt reaksiya verdi
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Pentaqon rəhbəri Heqsetin İran rəhbərliyi ilə bağlı açıqlamalarına sərt cavab verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Laricani deyib: "Cənab Heqset, liderlərimiz bütün bu illər ərzində xalqın arasında olub və olmaqdadır; sizin liderləriniz isə Epşteyn adasındadır!"
Bu bəyanat, Heqsetin "X" sosial şəbəkəsində yazdığı mesajına cavabdır. Heqset mesajında İranın rəhbərliyini “ümidsiz və yerin altında gizlənmiş” vəziyyətdə olmaqla tənqid etmişdi.
Hadisə ABŞ-İran münasibətlərində gərginliyin yenidən artdığı bir vaxtda baş verir və hər iki tərəfdən sərt ritorikaya səbəb olub.
10:49 14.03.2026
Oxunuş sayı: 54