Tehrandakı hücumun detalları: Hədəf məlumatı İrandan ötürülüb
İsrailin pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlarda İran vətəndaşlarından gələn məlumatlardan istifadə edildiyi iddia olunur.
Crossmedia.az bu barədə "The Wall Street" ə istinadən xəbər verir ki, bəzi adi İran vətəndaşları ölkə daxilindəki hədəflər barədə məlumatları İsrailə ötürür və bu məlumatlar dron hücumlarının planlaşdırılmasında istifadə olunur.
Mənbənin sözlərinə görə, bu cür məlumatlardan 12 mart tarixində Tehranda yerləşən Bəsic məntəqəsinə pilotsuz uçuş aparatı ilə edilən hücum zamanı da istifadə edilib.
Bildirilir ki, hədəflərlə bağlı məlumatlar əsasən İrandan İsrailin fars dilində fəaliyyət göstərən sosial media hesabları vasitəsilə göndərilir. Toplanan məlumatlar əvvəlcə yoxlanılır və təsdiqləndikdən sonra dəqiq hesab edilərsə, hücumun həyata keçirilməsi barədə qərar verilir.
Qeyd edək ki, Bəsic qüvvələri 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra ölkənin qurucusu Ruhullah Xomeyninin təşəbbüsü ilə yaradılmış hərbiləşdirilmiş könüllü təşkilatdır.
09:34 14.03.2026
Oxunuş sayı: 38