ABŞ-dən 10 milyon dollarlıq təklif
ABŞ Dövlət Departamenti İranın Ali Dini Lideri Müctəba Xameneyi barədə məlumat verən şəxslərə 10 milyon dollar mükafat vəd edildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, ABŞ bu addımı onun fəaliyyəti ilə bağlı məlumat əldə etmək məqsədilə atıb.
ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl verdiyi açıqlamada bildirib ki, Müctəba Xameneyi son müharibə zamanı yaralanıb, lakin hazırda hələ də sağdır.
Hadisə regionda siyasi gərginliyin artdığı bir vaxtda baş verir və məsələ beynəlxalq mediada geniş müzakirə olunur.
09:24 14.03.2026
Oxunuş sayı: 47