Vens: ABŞ Rusiya ilə ticarət əlaqələrini bərpa etməyə çalışır
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəni həll etməyə və Rusiya ilə ticarət əlaqələrini bərpa etməyə çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens bildirib.
"Xarici siyasətimizin Rusiya və Ukraynaya qarşı konkret olaraq nə olması barədə çoxlu müzakirələr olub. Donald Tramp bu barədə açıq danışıb. O, qan tökülməsinin dayandırılmasını və ticarətə qayıtmaq istəyir", - deyə Vens Şimali Karolinada keçirilən tədbirdə çıxış edərkən qeyd edib.
"Mən buna heyranam. Amma düşünürəm ki, bu, düzgün fikirdir", - vitse-prezident Amerika liderinin bəyan etdiyi mövqeyə istinad edərək vurğulayıb.
23:45 13.03.2026
Oxunuş sayı: 49