ABŞ-nin İranla bağlı siyasətinin əsl məqsədi məlum olub
ABŞ-nin İrana qarşı siyasətinin əsas məqsədi yalnız Tehranla bağlı deyil.
Crossmedia.az "SputnikArmenia"-ya istinadən xəbər verir.
Analitik Stepan Danielyan hesab edir ki, Vaşinqtonun əsas hədəflərindən biri Çini zəiflətməkdir.
Danielyan bildirib ki, ABŞ qlobal enerji bazarı üzərində nəzarəti gücləndirməyə çalışır.
Onun sözlərinə görə, bu strategiya həm Çinin təsirini məhdudlaşdırmaq, həm də ABŞ-nin qlobal hegemonluğunu qorumaq məqsədi daşıyır.
Analitik bu yanaşmanı 1990-cı illərin əvvəllərində formalaşan “Volfovits Doktrinası” ilə əlaqələndirib.
Həmin doktrina ABŞ-nin beynəlxalq sistemdə mütləq üstünlüyünü qorumasını əsas prioritet kimi müəyyən edirdi.
Danielyanın fikrincə, ABŞ-nin son dövrlərdə müxtəlif regionlarda, o cümlədən Venesuelada yanvar ayında həyata keçirdiyi əməliyyatlar da bu geosiyasi strategiyanın bir hissəsi kimi qiymətləndirilə bilər.
23:38 13.03.2026
Oxunuş sayı: 43