Təbrizdə benzinə məhdudiyyətlər tətbiq olunub
İsrailin neft anbarlarına zərbələrindən sonra Təbrizdə benzin satışına məhdudiyyətlər tətbiq edilib.
Crosmedia.az bu barədə "AP"-yə istinadən xəbər verir
Yerli sakinlərin sözlərinə görə, sürücülərə hər dəfə ən çox 10 litr benzin verilir.
Çox sayda yanacaqdoldurma məntəqəsində uzun, kilometrlik növbələr yaranıb və benzin üçün gözləmə vaxtı bir neçə saatadək çatıb.
18:27 09.03.2026
Oxunuş sayı: 56