Naxçıvan aeroportunun fəaliyyəti bərpa edildi
Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib.
Crossmedia.az xəbər verir ki, bu gündən etibarən uçuşlar planlaşdırılmış cədvəl üzrə həyata keçiriləcək.
Hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri davam edir.
Qeyd edək ki, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumları səbəbilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv olunmuşdu.
15:56 09.03.2026
Oxunuş sayı: 156