İran Bakı- Tbilisi- Ceyhan kəmərini hədəf ala bilər
İranın Bakı-Tbilisi-Ceyhan kəmərini hədəfə alacağı haqda iddialar və informasiyalar Naxçıvana hücum fonunda daha da aktuallaşıb. Kəmərə hücum çağırışlarının daha öncə - 12 günlük müharibədən sonra gündəmə gəldiyi İranda rejimə yaxın ekspertlər/analitiklər “Müharibədə Bak- Tbilisi- Ceyhan vurmaq Hörmüz boğazını bağlamaqdan daha effektiv ola bilər” çağırışları edirdilər.
Siyasi şərhçi Asif Nərimanlı bu barədə Crossmedia.az-a açıqlama verib.
O söyləyib ki, bu çağırışlar iki məntiqə söykənir: "Birincisi, Hömrüz boğazını bağlamaq İrana dost ölkələrə də problemlər yaradır, eyni zamanda, qlobal narazılığa səbəb olacaq. İkincisi, “sionistlərin İrana hücum edən təyyarələri Azərbaycan nefti ilə təchiz olunur, Bakı-Tbilisi- Ceyhan kəmərini vurmaq İsrailin hücum potensialına zərbə endirməkdir” tezisi önə çəkilir: İran rejiminin Bakı-Tbilisi- Ceyhanı mümkün hücumu “özünümüdafiə hüququ” iddiası ilə əsaslandırılır. Beynəlxalq media İran rəsmilərinə istinadən Bakı-Tbilisi- Ceyhan kəmərinin hədəfdə olduğunu yazırlar. “Middle East Eye” nəşri bir neçə gün öncə dərc etdiyi “İranın “düşmən neft xətlərinə” təhdidi İsraili təmin edən Azərbaycan-Türkiyə boru kəməri ilə bağlı narahatlıq doğurur” sərlövhəli məqaləsində SEPAH komandirinin müşavirinə istinad edilir. Qeyd olunur ki, müşavir “Tehran düşmənlərinin neft təchizatı xətlərini hədəfə alacaq və regionda neft ixracının davam etməsinə icazə verməyəcək” deyib. Yüksək vəzifəli ərəb mənbələri nəşrə bildiriblər ki, SEPAH komandanının müşavirinin açıqlaması İranın Bakı-Tbilisi- Ceyhan kəmərinin hədəfə alacağına dair narahatlıq yaradır. Mənbə deyib ki, İranın “düşmən neft xətlərinə” zərbə endirmək təhdidi yalnız Bakı-Tbilisi- Ceyhanı boru kəmərini nəzərdə tuta bilər, çünki İsrail bu kəmər vasitəsilə xam neft alır. Məlumatların analizi İranın Naxçıvandan sonra Bakı-Tbilisi- Ceyhan kəmərinin hücum edə biləcəyi risklərini gücləndirir.
14:44 09.03.2026
Oxunuş sayı: 48