İrandan Azərbaycana daha 40 nəfər təxliyə edilib- Yenilənib
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub.
Crossmedia.az xəbər verir ki, saat 16:00-18:00 aralığında təxliyə olunanların 3-ü Azəraycan vətəndaşıdır.
İki saat ərzində Çinin 65, Belarusun 3, Pakistanın 3, Rusiyanın 2, Almaniyanın isə 1 vətəndaşı təxliyə edilib.
Saat 16:00-18:00 aralığında təxliyə olunanlardan 7-si Meksikanın diplomatları olub.
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.(Report)
16:09
İrandan Azərbaycana daha 40 nəfərin təxliyəsi baş tutub.
Crossmedia.az xəbər verir ki, saat 14:00-15:00 aralığında təxliyə olunanların 14-ü Azərbaycan, doqquzu Polşa, altısı Pakistan, dördü Çin, dördü İran, ikisi Kanada, biri Tacikistan vətəndaşıdır.
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib. (Report)
18:30 09.03.2026
Oxunuş sayı: 68