Gəncədə iki avtomobil toqquşdu – Xəsarət alanlar var
Gəncə şəhərində iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə nəticəsində VAZ-2110 avtomobili ilə "Hyundai "markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza zamanı xəsarət alanların olduğu bildirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
16:27 09.03.2026
Oxunuş sayı: 50