Finlandiyada Xocalı soyqırımı ilə bağlı kampaniya həyata keçirilir
Finlandiyada Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar 7 gün davam edəcək maarifləndirici kampaniya başlayıb.
Crossmedia.az xəbər verir ki, kampaniya Azər-Türk Gənclər Təşkilatı və Finlandiya Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır.
Fevralın 25-i start götürən kampaniya çərçivəsində “Digital Xocalı in Memory” adlı videoçarx Finlandiyanın müxtəlif şəhərlərində təxminən 70 avtobusdakı 150 monitor vasitəsilə yayımlanacaq.
Kampaniyanın əsas məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq və faciə qurbanlarının xatirəsini yad etməkdir.

16:53 26.02.2026
Oxunuş sayı: 445