"Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazanıb
Misli Premyer Liqasının XX turunda "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazanıb.
Crossmedia.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 20-ci dəqiqədə Davit Volkov rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran Bakı klubu turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 6 xala malik Yevlax komandası isə sonuncu - 12-cidir.
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" səfərdə "İmişli"ni 1:0 hesabı ilə məğlub edib. XX tura fevralın 16-da yekun vurulacaq.
23:09 14.02.2026
Oxunuş sayı: 472