Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub
Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.
Crossmedia.az xəbər verir ki, turun son qarşılaşması "Sabah" və NTD arasında baş tutub.
Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 103:87 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107), "Abşeron Lions" "Gəncə"ni (81:71), "Ordu" "Quba"nı (98:87), "Neftçi" "Şəki"ni (93:77) məğlub edib.
22:20 14.02.2026
Oxunuş sayı: 441