"Qarabağ" - "Ayntraxt" oyununa satılan biletlərin sayı açıqlandı
Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan çempionundan məlumat verilib.
Qarşılaşma üçün hələlik 18750 bilet satılıb.
Qeyd edək ki, görüş fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
21:10 12.02.2026
Oxunuş sayı: 621