Qurban Qurbanov "Nyukasl" haqqında danışdı
Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” komandası ilə keçirəcəyimiz oyunun hazırlıqlarına başlamışıq.
Crossmedia.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, rəqibin zəif tərəflərinin olmadığını söyləyib: “Rəqibimizin ancaq güclü tərəfləri var. Ümumən hazırlıqlarımız gedir. Amma bizim qarşıda çempionat oyunlarımız var. Premyer Liqadakı matçımızı keçirdikdən sonra “Nyukasl”la görüşün hazırlıqlarına tam köklənəcəyik”.
Qeyd edək ki, fevralın 18-də keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.
18:40 12.02.2026
Oxunuş sayı: 680